EN

Əlcəzair Prezidenti Nazirlər Kabinetinə qismən dəyişiklik edib

Əlcəzair Prezidenti Nazirlər Kabinetinə qismən dəyişiklik edib

Əlcəzair Prezidenti Əbdülməcid Tebbun Müdafiə Nazirliyi və Sənaye Nazirliyindən məsul dövlət naziri vəzifələrində dəyişiklik edib.Prezidentin sözçüsü Semir Akun reviziya ilə bağlı Əlcəzair dövlət televiziyasına açıqlama verib.Akun Tebbunun baş nazir Məhəmməd Nezir əl-Ərbavi ilə etimadı təzələdiyini bildirərək, hökumətin istefa ərizəsini təqdim etməsindən sonra baş nazir postunu yenidən Ərbəviyə verdiyini bildirib.Prezidentin sözçüsü Əlcəzairin Baş Qərargah rəisi Səid Şankarihanın Müdafiə Nazirliyinə məsul dövlət naziri, Lütfi Bucemanın ədliyyə naziri, Seyfi Qəribin isə sənaye naziri təyin edildiyini bildirib.Bəzi ailə üzvləri ilə birlikdə adı korrupsiyada hallanan keçmiş sənaye naziri Əli Avnın işdən çıxarılması diqqət çəkib.Baş nazir Ərbavi sentyabrın 7-də Əlcəzairdə keçirilən seçkilərdə qalib gəldikdən sonra 17 sentyabrda and içən və ikinci səlahiyyət müddətinə başlayan Tebbuna hökumətinin istefasını təqdim edib.Tebbun isə Ərbavidən istefa qərarını təxirə salmasını və işinə davam etməsini istəyib.

Chosen
14
afn.az

1Sources