EN

Aİ COP29-da effektiv iqlim maliyyələşdirmə sisteminin yaradılmasını dəstəkləyir

Image

Avropa İttifaqı (Aİ) iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini davam etdirir və qarşıdakı illərdə bu istiqamətdə liderlik nümayiş etdirməkdə qərarlıdır. Trend xəbər verir ki, bunu Aİ-nin iqlim fəaliyyətləri üzrə komissarı Vopke Huksra COP29 çərçivəsində bildirib.

"Biz 2030-cu il hədəflərimizə və təbii ki, 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq üçün Avropa Yaşıl Razılaşması çərçivəsində qanunvericiliyi tamamilə qəbul etdik. Biz enerji səmərəliliyinə və təmiz enerji mənbələrinə, o cümlədən bərpa olunan enerji, hidrogen və elektrik şəbəkələrinə sərmayələri artırırıq ", - deyə V.Huksra qeyd edib.

"Biz, qlobal cəmiyyət olaraq, geriyə addım atmağı özümüzə rəva görə bilmərik. Biz hamımız BƏƏ konsensusuna əsaslanmalıyıq. Onsuz uğur mümkün deyil", - deyə o əlavə edib.

Komissar, həmçinin, qlobal səviyyədə bərpa olunan enerji mənbələrinin təşviq edilməsində Aİ-nin rolunun əhəmiyyətinə diqqət çəkərək, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Cənubi Afrika Prezidenti Siril Ramafosanın G20 sammiti öncəsi irəli sürdüyü Afrikada bərpa olunan enerji istifadəsinin genişləndirilməsi təşəbbüsünü xatırladıb.

"Dinamikanı davam etdirmək üçün Aİ G20 liderlərini və digər maraqlı tərəfləri yeni qlobal təmiz enerji keçidi forumunda birləşməyə dəvət edəcək. Bu forum hökumətləri, beynəlxalq təşkilatları və maliyyə qurumlarını birləşdirərək həyata keçirməni gücləndirəcək", - deyə o qeyd edib.





Chosen
4
1
baki-xeber.com

3Sources