EN

Boeing ixtisara başlayıb

Artıq 2 aya yaxındır davam edən tətilə görə müştərilərə təyyarə yollaya bilməyən Boeing şirkəti ixtisarlara başlayıb. İxtisara düşən ilk işçilərə artıq rəsmi bildirişlər göndərilib. 

Avtosfer.az xəbər verir ki, onlar Vaşinqton ştatındakı müəssisənin əməkdaşlarıdır. Burada 2200 nəfər iş yerini itirəcək. Etiraz aksiyaları səbəbindən 2 əsas zavodda istehsal dayanıb. Bu zavodlarda təyyarələrin yığılması və son tamamlama işləri həyata keçirilir. 

Etiraz aksiyaları ilə yanaşı, son 1 ildə baş verən texniki nasazlıqlar da şirkətin nüfuzunu zədələyir. 1 yanvar 2024-cü ilə olan statistikaya görə kampaniyanın dünya üzrə 67 min işçisi var. Rəhbərlik onların 10 faizini ixtisar etmək istəyir.

Vüqar Yaşaroğlu

Chosen
6
avtosfer.az

1Sources