EN

Bu ölkələr III Dünya Müharibəsinin hazırlıqlarına başladı - Əhaliyə xəbərdarlıq edildi

Rusiya ilə qonşu olan Skandinaviya ölkələri mümkün III Dünya Müharibəsi başlayarsa, vətəndaşlarını müharibə və böhran vəziyyəti haqqında məlumatlandırıb və bu barədə hazırlıqlara başlayıblar.

"AzPolitika" xəbər verir ki, İsveç öz xalqına Rusiya-Ukrayna müharibəsinin şiddətlənməsi fonunda xəbərdarlıq edib və isveçliləri münaqişəyə hazırlaşmağa çağırıb.

İsveçrənin mülki müdafiə naziri Karl-Oskar Bulin, "Böhran və ya müharibə gələrsə" adlı milyonlarla broşürün çap edildiyini və bunların bütün əhaliyə paylanacağını açıqlayıb. Digər ölkələr də öz vətəndaşlarına bir sıra məsləhətlər verdilər.

Məsələn, Finlandiyada hökuməti "hadisələrə və böhranlara qarşı" hazırlanmaq üçün vacib tövsiyələrini onlayn formada ictimaiyyətə çatdırıb. Burada silahlı hücum zamanı hökumətin və prezidentin necə reaksiya verəcəyi insanlara izah edilib.

Norveç hökuməti isə ekstremal hava şəraiti və müharibə vəziyyətində norveçlilərin bir həftə ərzində nələr etməli olduqlarına dair xəbərdaredici broşürlər paylayıb. Danimarka Fövqəladə Halların İdarə Olunması Agentliyi üç günlük böhran zamanı ehtiyac duyulacaq su, qida və dərmanları təfərrüatlı şəkildə göstərən elanlar hazırlayıb.

"AzPolitika.info"

Chosen
20
azpolitika.info

1Sources