EN

Zəngilandan Bəndər Abbasa dəmiryolu – mühüm layihə üzə çıxdı

İran və Rusiya yeni dəmiryolu xəttinin çəkilməsi ilə bağlı müzakirələrə başlayıb. Tribunainfo.az xəbər verir ki, bu barədə İran İranın Prezident Admnistrasiyasının mətbuat xidməti məlumat yayıb.
Həmin məlumatda deyilir ki, bu dəmiryolu xətti Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olacaq və Azərbaycandan başlayıb, İranın Bəndər Abbas limanında başa çatacaq. “Ruslar Rəşt-Astara dəmir yolu xətti ilə yanaşı, Parsabaddan Bəndər Abbasa qədər Rusiya standartlarına uyğun dəmir yolunun tikintisinə də sərmayə qoymaq istəyirlər”.
Qeyd edək ki, belə bir dəmiryolunun inşası Azərbaycanın isti sulara birbaşa çıxışını təmin etməklə yanaşı, həm də önəmli logistik mərkəzə çevirəcək. Rusiyadan cənuba və cənubdan şimala əsas yükdaşıma xəttinə çevriləcək bu yolun gələcəkdə Zəngəzur dəhlizinə birləşdirilməsi də problem yaratmayacaq. Çünki Azərbaycan artıq Ermənistan sərhəddinə qədər dəmiryolunun inşaasını başa çatdırmaq üzrədir. Bu o deməkdir ki, Rusiyadan və ya İrandan gələcək istənilən yükü asanlıqla Zəngəzur dəhlizinə, oradan da Türkiyə üzərindən istənilən ölkəyə daşımaq mümkünləşəcək.
Nəzərə alaq ki, Rusiya Rəşt-Astara dəmiryolunun da işə salınmasında maraqlıdır və hazırda həmin layihəni maliyyələşdirməyə çalışır. Bu xətt əsasən Orta Asiya yüklərinin dəmiryolu vasitəsi ilə Rusiyaya və oradan da daha şimala daşınmasına görə nəzərədə tutulub.

Chosen
31
tribunainfo.az

1Sources