EN

Bayden dünyanı böyük fəlakətə sürükləyir - Siyarto

ABŞ prezidenti vəzifəsini tərk etməyə hazırlaşdığı bir vaxtda Co Bayden dünyanı qlobal fəlakətə sürükləyir.

Aktual.az  xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Vaşinqtonun Amerika silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirmək üçün Kiyevə icazə verməsi qərarını şərh edərkən deyib.

"Onilliklərin ən təhlükəli iki ayı ilə qarşı-qarşıyayıq. ABŞ-da öz partiyası tərəfindən devrilmiş, bacarıqları geniş şəkildə şübhə altına alınan və iki ay sonra vəzifəsini tərk edəcək prezident qlobal fəlakətə səbəb olacaq qərarlar qəbul edir. Gəlin açıq deyək, Amerika silahlarından Rusiya ərazisinə zərbə endirməsinə icazə verilməsi dünya müharibəsi təhlükəsi yaradır. Və bu, baş verərsə, hər şeyi itirəcəyik", - Siyarto bildirib.

Chosen
13
1
ulusum.az

2Sources