Hacı Zülfüqar Mikayılzadənin Moskvada həbs edildiyi təsdiqlənib.BUTA.TV xəbər verir ki, Rusiya mediası onun Moskvadan başqa şəhərə təyyarə ilə getmək istəyərkən saxlanıldığını yazıb. Bildirilir ki, o, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır. Onun Azərbaycana ekstradisiya edilib-edilməməsinə Rusiya məhkəməsi qərar verəcək. Qeyd edək ki, ötən gün Z.Mikayılzadənin həbs edilməsi xəbərini MOUZE Teleqram kanalı yaymışdı.