EN

İqlim dəyişmələri biomüxtəlifliyi məhv edir - "Slow food" şirkətinin rəhbəri

İqlim dəyişməsi səbəbindən dünyadakı biomüxtəliflik itir. Bunu "Slow food" təşkilatının prezidenti Edward Mukiibi COP29 tədbiri çərçivəsində "slow food aşağı təsir: Yerli kənd təsərrüfatı məhsullarından istifadə etməklə dayanıqlı turizmin inkişafı mövzusunda həsr olunmuş tədbirdə deyib.
 
"İqlim dəyişikliyi biomütəlifliyə mənfi təsir edir. Qida sistemimizi itiririk. Bununla da kəndlərdə olan icmalar, onların mədəniyyətləri, kimliyi yoxa çıxır. Bu çağırışlarla mübarizə aparmalıyıq. Bu səbəblər birbaşa turizmin məhv olmasına səbəb olur. Çalışırıq ki, hazırda icmalarla işləyək. Yerli resptlər tanıtmaq lazımdır. Restoranlar da öz menyularında milli inqiridentlərə diqqət etməlidir. Bunun üçün birinci tələb və məlumatlılığı artırmalıyıq", - o bildirib. 
 
COP29-da dayanıqlılıq üzrə məsləhətçi Marina Olshanskaya əlavə edərək qeyd edib ki, COP29-da Azərbaycan məhsullarını satışını az yerdə görmək olur və bu sahədə boşluqlar var. O təklif edib ki, Azərbaycana aid məhsulları almaq üçün yerlər yaratmaq olar. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Chosen
9
anews.az

1Sources