Bir zamana damğasını vuran, izlənmə rekordları qıran "Muhteşem Yüzyıl" serialında Hürrəm Sultan obrazı ilə yadda qalan Məryəm Üzərli ekranlara qayıdır.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məşhur aktrisa uzun fasilədən sonra "Şakir Paşa Ailəsi" serialında rol alıb.
Mövsümün ən iddialı layihələrindən sayılan və Vahide Perçin, Fırat Tanış, Devrim Yakut və Cem Yiğit Üzümoğlu kimi məşhurların yer aldığı 'Şakir Paşa Ailəsi' serialı üçün geri sayım başlayıb.
Üzərlini serialın anonsunda görən izləyicilər heyrətə gəlib.
Qeyd edək ki, aktrisa serialda məşuqə obrazını canlandıracaq.