EN

Rusiya qazı Azərbaycan vasitəsilə İrana svop ediləcək – İran səfiri

Bakı, TurkicWorld

Rusiya qazının Azərbaycan vasitəsilə İrana svop edilməsi üzrə layihə üzərində işlər aparılır.

TurkicWorld-in məlumatına görə, bunu İranın Rusiyadakı səfiri Kazem Calali İran KİV-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya İranın enerji layihələrinə investisiya yatırmağa maraq göstərir.

İran səfiri bildirib ki, Rusiya təbii qazın svop edilməsi ilə bağlı İranla əməkdaşlıq etmək istəyir. Bununla bağlı müzakirələr aparılır. Müzakirələrin böyük hissəsində razılıq əldə olunub və bir sıra kiçik məsələlər də yaxın gələcəkdə razılaşdırılacaq.

Qeyd edək ki, İran Şimal-Cənub Enerji Dəhlizinin aktivləşməsinə maraq göstərir. İran Rusiya kimi ölkələrlə əməkdaşlıq etməklə çoxtərəfli qaz razılaşmalarını icra etməyə və qazı svop etməyə hazır olduğunu bildirir. İranın qənaətincə, Şimal-Cənub Enerji Dəhlizində məqsəd ölkələr Türkiyə, İraq, Pakistan, Hindistan və Fars körfəzinin cənubunda yerləşən ölkələrdir.

Rusiya və İran dünyanın 1-ci və 2-ci qaz ehtiyatlarına sahib ölkələridir. Bu iki ölkənin əməkdaşlığı region və dünyaya enerji sahəsində öz töhfəsini verə bilər.

Chosen
4
2
turkic.world

3Sources