EN

Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: "Gördüm darvazanın ağzında..."

Şəmkir rayonunda 1978-ci il təvəllüdlü Təvəkkül şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Mehmanı (adlar şərti göstərilib – red.) qətlə yetirib.

Publikaa.az Teleqraf.com-a istinadən xəbər verir ki, qətl hadisəsi ötən il iyulun 16-da Şəmkir rayonunun kəndlərindən birində baş verib.

Məlum olub ki, Təvəkkülün həmkəndlisi və şərikli alver etdiyi İntiqamın arvadı Afətlə sevgi münasibəti olub. Bu münasibətdən xəbər tutan qızın əmisi Mehman bir neçə dəfə Təvəkküllə mübahisə edib. Mübahisə günlərində isə Mehmanın Təvəkkülün üzərinə bir neçə dəfə maşın sürməsi, ona xəsarət yetirməsi iddia olunub.

Bütün bunlardan əsəbləşən Təvəkkül qisas almaq məqsədi ilə Mehmanı öldürmək qərarına gəlib. İyulun 16-da saat 16 radələrində qabaqcadan yaşadığı evinin mətbəxindən götürdüyü bıçaqla Mehmanın evinə gedib. Onu küçəyə çağırıb və həyətin giriş qapısının qarşısında onunla mübahisə edib. Daha sonra Mehmanın qarın nahiyəsinə zərbə endirib. Mehman aldığı xəsarətdən ölüb.

İstintaq orqanı tərəfindən Təvəkkülün barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Təvəkkül ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Mehmangilin qohumları üç ildir onunla ədavət aparır: “Buna görə mən dəfələrlə Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciətlər etmişəm. Müraciətlərim qeydiyyata alınıb və yerli polisə göndərilib. Lakin Mehmangil nə edirdisə, mənim müraciətlərimə baxılmırdı.

Mehmanın qardaşı nəvəsi Afətin tərbiyəsi normal deyildi. Onun əri İntiqam isə mənim dostum olub və şərikli qarpız satmışıq”.

“Maşınını üzərimə sürdü”

Təqsirləndirilən şəxs qeyd edib ki, Mehmangil qardaşı nəvəsi Afətlə onun arasında münasibət olması barədə söz-söhbət çıxarıb, halbuki deyilənlər yalandır: “Afətin başqa şəxslərlə münasibəti vardı. Bu fakt da sübuta yetirilib. Həmin söz-söhbətə görə Afətin qardaşı Rasim qonşumuz Vasifin yas məclisində olarkən qəflətən qarşıma çıxaraq bıçaqla üz nahiyəmə xəsarət yetirdi.

Həmin gün axşam Mehman evimə gələrək şikayət edəcəyim halda uşaqlarımlaə birlikdə evimi yandırmaqla hədələdi. Mən də şikayət etmədim. Məcbur olub barışıq ərizəsi verdim. Bununla belə Mehman məni gördükdə bir neçə dəfə idarə etdiyi yük maşınını üzərimə sürdü”.

“Bəsdirin, məni vurdunuz”

Təvəkkülün ifadəsinə görə, sonuncu dəfə məhlədə işlədiyi zaman siqaret almaq üçün mağazaya gedəndə Mehman onu görüb: “İdarə etdiyi avtomobili yenə üzərimə sürdü. Mən özümü kənara atdım. Mehman isə “ə, çaqqal, səni öldürəcəm” deyərək getdi.

Mən oradan Mehmanın Sadiq adlı böyük qardaşının evinə getdim. Bu söz-söhbətə son qoymalı olduqlarını demək istədim. Lakin Sadiqi evdə tapmadım.

Geri qayıdarkən Mehmanın evinin yanından keçəndə, elə Mehmanın özünü çağırdım, “bəsdirin, məni vurdunuz, atamı xəstələndirib öldürdünüz, anamı döydünüz” dedim, bizdən nə istədiklərini soruşdum, söz-söhbətə son qoymalarını istədim.

Mehman qapıya gələn kimi əlini cibinə atdı. Onun cibində kirli bir bıçaq vardı. Bıçağı çıxararaq məni təhqir etməyə və üzərimə gəlməyə başladı. Məndə də siqaret almaq üçün mağazaya getməmişdən qabaq məhlədə işləyəndə xortum kəsdiyim mətbəx bıçağı vardı.

Mehmangil məni əvvəllər vurduqları üçün qorxdum və özümü qorumaq üçün bıçağı çıxardım, Mehmana üzərimə gəlməməsini, yoxsa vuracağımı dedim. O isə üzərimə gəlməyə davam etdi. Mən də Mehmanı öldürmək üçün yox, qorxutmaq üçün bədəninin aşağı nahiyəsinə bıçaqla vurdum”.

“Övladlarımla görüşdüm”

Təvəkkül bildirib ki, daha sonra Mehmanın qolundan tutaraq darvazalarından 5-6 metr içəri aparıb: “Həmin vaxt yanımızda heç kəs yox idi. Əgər öldürmək niyyətim olsaydı, Mehmana bir neçə bıçaq zərbəsi vurmaq imkanım vardı. Mən bunu etmədim, Mehmanı içəri aparandan sonra getdim.

Evimin yaxınlığına gələrək kənardan polislərin olduğunu gördüm və ailəmin təhlükəsizliyindən əmin olduqdan sonra uzaqlaşaraq Tovuz rayonuna getdim. Çünki bir nəfərdən pul alacağım vardı. Lakin həmin şəxsi tapa bilmədim. Oradan qayıdaraq övladlarımla görüşdüm. Bibim və onun uşaqları da yanımdaydılar. Onlar polisə xəbər verməyi məsləhət gördülər. Mən də razılaşaraq həmin qaydada etdim”.

“Mesaj sevgi məzmunlu idi”

Chosen
36
7
publika.az

8Sources