EN

Pakistanda VPN-dən istifadə haram elan olundu

Pakistan İslam İdeyaları Şurasının (PİİŞ) sədri Raqib Hüseyn Nəimi bloklanmış və ya qeyri-qanuni saytlara daxil olmaq üçün VPN-dən istifadənin haram olduğunu bildirib.

Musavat.com Ferra-ya istinadla xəbər verir ki, Nəimi öz açıqlamasında şəriət qanunlarına görə əxlaqsızlığı təbliğ edən hərəkətlərin qadağan edildiyini, qeyri-etik və ya küfr məzmunlu bloklardan yan keçmək üçün istifadə edilən VPN-lərin günahın təbliğatında vasitə hesab edildiyini vurğulayıb.

Naimi hökumətin İslam dəyərlərinə zidd VPN xidmətlərini bloklamaq səylərini yüksək qiymətləndirib.

2023-cü ilin may ayının əvvəlində PİŞŞ sosial medianı və onlayn məzmunu tənzimləmək, sosial medianın xüsusi tənzimləyicidə qeydiyyata alınması və “maarifləndirmə kampaniyaları” aparılması üçün tədbirlər təklif edib.

Musavat.com

 

Chosen
13
musavat.com

1Sources