EN

COP29-un baş danışıqçısından önəmli açıqlama: "Proses yekun mərhələdədir"

Azərbaycanın 3-cü nəsil Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) sənədinin hazırlanması üzərində iş gedir, proses yekun mərhələdədir.

Musavat.com xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

O, prosesin kifayət qədər mürəkkəb olduğunu və vaxt tələb etdiyini diqqətə çatdırıb.

"Hazırda proses yekun mərhələdədir", - deyə Yalçın Rəfiyev vurğulayıb.

O, metan qazının yayılmasının qarşısının alınması ilə bağlı görülən işlərdən də danışıb:

"SOCAR da daxil olmaqla, 50 şirkət neft və qazın dekarbonizasiyası təşəbbüsünə qoşulub.

Atmosferə buraxılan istixana qazlarının 110 faizini 2022-ci ildə qida tullantıları təşkil edib. Hazırda 30-dan çox ölkə artıq metan qazı tullantılarının məhdudlaşdırılması haqqında bəyannaməyə qoşulduğunu elan edib".

Nigar HƏSƏNLİ,
Musavat.com

Chosen
21
1
musavat.com

2Sources