EN

Mənzillərə istilik niyə verilmir? - Qurumlardan AÇIQLAMA

“Hər il noyabrın 15-dən Bakıda mənzillərə istilik verilməlidir. Lakin bu gün ayın 19-udur, hələ də Xətai rayonu, Nəsrəddin Tusi küçəsi ev 29-a ünvanına istilık verilməyib”.

Bu barədə binanın sakini, jurnalist Elman Cəfərli “Cebheinfo.az”-a məlumat verib.

O bildirib ki, istilik cəmi bir gün noyabrın 15-də verilib, sonra isə kəsilib:

““Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə zəng etmişik, əməkdaşlarına məlumat vermişik, tədbir görən yoxdur. 

Batareyalara qaynar su verilmir. Qurumun əməkdaşları sakinlərə deyib ki, mənzil sakinləri günahkardır, guya onlar batareyaların kranın açıb havanı buraxmalıdır.

Yalan deyirlər, mənzilləri bir-bir gəzib kranları açmışıq, dedikləri hava da çoxdan çıxıb. Bir də ki, xəttdə hava var idisə, noyabrın 15-də istilik necə verildi? Sakinlər çox narazıdır. Evdə xəstəsi, körpəsi olan var. “Azəristiliktəchizat" ASC-nin qəsdi nədir, niyə bizi soyuqdan dondururlar?".

Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-dən "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumilikdə sözügedən bina istiliklə təmin edilir:

"Problem isə mənzillə bağlıdır. Mənzilin sakini "Azəristiliktəchizat" ASC-nin 956 saylı "Qaynar xətt"inə zəng edərək problemi dəqiqləşdirə bilər".

Chosen
15
2
cebheinfo.az

3Sources