Bakı. Trend:
COP29 Qazaxıstan üçün dayanıqlı kənd təsərrüfatının inkişafı vəiqlim dəyişikliyinə uyğunlaşma sahəsində mühüm mərhələ oldu.
Trend xəbər verir ki, bunuQazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Yermek Kencexanuli"COP to COP - Aqrar-sənaye kompleksinin irsi: Qlobal iqlimhədəflərinə nail olmağın açarı" mövzusunda keçirilən tədbirdəbildirib.
"COP konfransı bizə digər regionlarla ən yaxşı təcrübələrinmübadiləsi üçün platforma təqdim etdi. Qazaxıstan metanemissiyalarının azaldılmasına xüsusi diqqət yetirir. QlobalEmissiyaların Azaldılması Təşəbbüsü çərçivəsində biz otlaqlarınbərpası və orqanik əkinçilik üzrə layihələri araşdırırıq.
Artıq 4 mindən çox fermer günəş panellərindən istifadə edir,təxminən 100 təsərrüfat isə külək enerjisi sistemlərinimodernləşdirib.
Həmçinin, biz ətraf mühitə minimal təsirlə yüksək məhsuldarlıqtəmin edən enerjiyə qənaət edən istixanaların inkişafınıdəstəkləyirik. COP29 Qazaxıstan üçün dayanıqlı kənd təsərrüfatınıninkişafı və iqlim dəyişikliyinə uyğunlaşma istiqamətində mühümmərhələ oldu.
Biz karbon izini azaltmaq və kənd təsərrüfatının dayanıqlığınıartırmaq istiqamətində beynəlxalq səviyyədə fəal əməkdaşlığı davametdiririk. Qarşıda hələ çox çağırışlar var, lakin biz əminik ki,dünya ictimaiyyəti ilə birgə iş, aqrar-sənaye sektorunun inkişafınıvə ətraf mühitin qorunmasını təmin edəcək", - deyə ovurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.