"Beşiktaş"ın qış transfer dövründə yollarını ayırmaq istədiyi kamerunlu yarımmüdafiəçi Jean Onanaya elçi düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın "Saint-Etienne" klubu futbolçu ilə maraqlanır.
Fransa klubu Onananı qış transfer dövründə heyətinə qatmaq üçün "Beşiktaş"la danışıqlara başlayacaq.
Keçən mövsümü icarə əsasında "Marsel"də keçirən 24 yaşlı futbolçu Fransaya qayıtmaq istəyir.