EN

Yussef Nassef: "Təhsilin əhatə dairəsi təkcə məktəblərlə məhdudlaşmamalıdır"

Təhsilin əhatə dairəsini təkcə məktəblərlə məhdudlaşdırmamalı, daim öyrənməyə şərait yaradacaq formada genişləndirməliyik.

Bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) uyğunlaşma şöbəsinin direktoru Yussef Nassef COP29 çərçisində keçirilən "İqlim dəyişikliyinin təhsil vasitəsilə çatdırılması: gənclərin və təhsil verənlərin həlledici rolu" mövzusunda tədbirdə deyib.

O bildirib ki, bu üsulla gənclərin liderlik qabiliyyətini üzə çıxarmaq və davamlı gələcək üçün lazım olan dəyişikliyi həyata keçirmək mümkün olacaq: "İqlim Gücləndirilməsi Fəaliyyəti təhsili, ictimai məlumatlılığı, təhsili, ictimaiyyətin iştirakını, informasiyaya çıxışı və beynəlxalq əməkdaşlığı birləşdirən güclü sahədir. Bu elementlər iqlim baxımından təhlükəsiz dünya qurmaq üçün mühüm vasitədir. Buna nə qədər çox sərmayə qoyularsa uzunmüddətli fəaliyyətlərimiz bir o qədər səmərəli olar. Təhsil təhlükəsiz iqlim gələcəyinə aparan bacarıqlar, baxış, münasibət və dünyagörüşü ilə fərdləri və icmaları gücləndirməlidir".

Chosen
26
aznews.az

1Sources