EN

Azərbaycanın təşəbbüsü ilə dünyada şagirdlərin iqlim savadlılığı ölçüləcək (FOTO)

Bakı. Trend:

Noyabrın 18-də COP29 çərçivəsində Azərbaycanın Beynəlxalq ŞagirdQiymətləndirmə Proqramı (PISA) vasitəsilə iqlim savadlılığınınölçülməsinə dair təşəbbüsü dəstəklənib.

Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumatverilib.

Belə ki, "Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühitsavadlılığının ölçülməsi" mövzusunda keçirilən yüksək səviyyəlipanel sessiyasında Elm və Təhsil Nazirliyi ilə İqtisadi Əməkdaşlıqvə İnkişaf Təşkilatı (OECD) arasında şagirdlərin PISA çərçivəsindəiqlim savadlılığını qiymətləndirmə üzrə birgə əməkdaşlıq haqqındasaziş imzalanıb.

Saziş elm və təhsil naziri Emin Əmrullayev və İqtisadiƏməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhsil və bacarıqlar üzrədirektoru Andreas Şleyxer tərəfindən imzalanıb.

Sazişə əsasən, 2029-cu ildə keçiriləcək növbəti PISAtədqiqatında Azərbaycanın təşəbbüsü ilə dünyada şagirdlərin iqlimsavadlılığına dair qiymətləndirilməsi ilə bağlı çərçivə sənədi vəbu prosesin təşkilinə dair öyrənmə materialları hazırlanacaq.

Qeyd edək ki, sözügedən saziş BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) nəticəsi olaraq qlobal səylərin iqlim savadlılığınıntəhsilə inteqrasiyasına yönəlməsi baxımından mühüm addım kimiqiymətləndirilir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Məqalədə:
Chosen
29
15
az.trend.az

10Sources