Ara Mkrtçyan Ermənistanın ətraf mühit nazirinin müavini vəzifəsindən azad edilib.
Referans.az xəbər verir ki, bu barədə respublika hökumətinin mətbuat xidməti məlumat yayıb.
Ara Mkrtçyan 2024-cü ilin iyununda Ermənistanın ətraf mühit nazirinin müavini vəzifəsinə təyin edilmişdi.
Bundan əvvəl o, ədliyyə nazirinin müavini olub.