Bakı.Trend:
Noyabrın 19-da COP29 çərçivəsində "Slow-Food: YerliAqroməhsullarla Dayanıqlı Turizmin İnkişafı" adlı panel müzakirəsikeçirilib.
Trend xəbər verir ki,Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri FlorianZenqstşmidin moderatorluğu ilə keçirilən panel müzakirəsində kəndtəsərrüfatı və turizmin dayanıqlı inkişafa dəstək verən əməkdaşlığıhaqqında fikir mübadiləsi aparılıb.
Sessiyada yerli aqrar məhsulların və ənənəvi təsərrüfatüsullarının ətraf mühitə az təsir göstərməklə dayanıqlı turizmtəcrübələrinin formalaşmasında rolu haqqında müzakirələraparılıb.
Tədbirdə Dövlət Turizm Agentliyinin tabeliyindəki Qoruqlarıİdarəetmə Mərkəzinin Qastronomiya şöbəsinin müdiri Səkinə ƏsgərovaAzərbaycanın "Slow Food" təcrübəsi ilə bağlı təqdimatla çıxışedib.
Müzakirə iştirakçıları qlobal, akademik və korporativ yanaşmailə "Slow Food" hərəkatı və prinsiplərinin dünya turizminəinteqrasiyası, dayanıqlı aqro və qastroturizm modellərininqurulması, yerli aqroməhsulların turizmə töhfəsi, biomüxtəliflik vəonun turizmə inteqrasiyası, dayanıqlı turizmdə dövlət-özəltərəfdaşlığı və akademik tədqiqatların rolu kimi mövzularda öztəcrübə və təkliflərini bölüşüblər.
Qeyd edək ki, COP29 çərçivəsində Mavi zonada yerləşən Azərbaycanpavilyonunda hər gün saat 14:00-15:00-da "Slow Food" haqqındatəqdimat keçirilir və qonaqlara Azərbaycanın biomüxtəlifliknümunələri əsasında hazırlanmış qastroturizm məhsulları təqdimolunur.
"Slow food" dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinəəsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regionalmətbəxlərin ənənələrini qoruyub saxlayan bir yanaşmadır.
Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.