EN

U-17 millimiz Rumıniya ilə heç-heçə etdi

17 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsindəki üçüncü oyununda heç-heçə edib.

"Football-plus.az" xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv Rumıniya ilə üz-üzə gəlib.

Rumıniyanın Buftya şəhərində təşkil olunan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Komandamızın heyətində Əlibəy Mahmudov 82-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, U-17 daha əvvəl Yunanıstana üç, Macarıstana isə dörd cavabsız qolla məğlub olub.

Chosen
45
7
football-plus.az

8Sources