EN

Yenə bu adam, yenə bu səfər... Yenə məğlubiyyət?

Azərbaycan millisinin UEFA Millətlər Liqasının VI turunda İsveç yığmasına qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.

Solna şəhərindəki “Strouberri Arena”da baş tutacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Pavel Raçkovskiyə Radoslav Sieyka, Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Voytsex Muts yerinə yetirəcək.

41 yaşlı ədalət təmsilçisi gənclik dövründən – 27 yaşlından Ekstraklassanın oyunlarına təyinat almaqdadır. Bundan 3 il sonra isə UEFA-nın bayrağı altında keçirilən beynəlxalq turnirlərdə görünməyə başlayıb.

UEFA-nın birinci kateqoriyalı hakimlər siyahısına daxil olan Raçkovski avrokuboklarda 48, əsas milli komandalar səviyyəsində 19 oyunda komandaları meydana baş hakim kimi çıxarıb.

“Mançester Yunayted”, “Roma”, “Liverpul”, “Tottenhem”, “Vilyareal” kimi tanınmış komandaların matçlarında fit çalan polşalının yolu bizimkilərlə bir dəfə kəsişib.

2016-cı ilin avqustun 18-də “Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin ilk görüşündə İsveçdə “Götüborq”un qonağı olanda, meydanda yaşananlara mıhz bu hakim nəzarət edib.

Meydan sahiblərinin 1:0 hesabı ilə qələbə qazandığı matçda ağdamlıların heyətində yer alan yerli futbolçulardan yalnız bir nəfər – Bədavi Hüseynov bu gün Azərbaycan yığmasının şərəfini qoruyur.

Pavel 2013-cü ildə Bakıya səfər etməyə imkan tapıb. Həmin ilin avqustunda “Qarabağ” “Ayntraxt Frankfurt”u qonaq edib və Almaniya təmsilçisi 2:0 hesablı qələbəyə sevinib. Raçkovski bu qarşılaşmada dördüncü hakim funksiyasını yerinə yetirib.

Polşalı referi iki dəfə təmsilçilərimizin oyunlarında gözə dəyib və hər iki halda azərbaycanlılar məğlubiyyətə üzülüb. Maraqlıdır ki, o, 8 il əvvəl olduğu kimi, bu dəfə də İsveçdə bizimkilərin görüşündə fit çalacaq. Görək, bu dəfə hansı nəticə qeydə alınacaq.

Noyabrın 19-da reallaşacaq İsveç-Azərbaycanın duelinin start fiti Bakı vaxtı ilə saat 23:45-də səsləndiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
5
sportinfo.az

1Sources