EN

KEÇMİŞ DİPLOMATIN HƏBS MÜDDƏTİ DAHA 2 AY ARTIRILIB

 Bakının Nizami Rayon Məhkəməsi  keçmiş diplomat Emin İbrahimovun ilkin həbs müddətini daha 2 ay uzadıb,  Turan-a onun vəkili Aqil Layıc bildirib.

Tezadlar.az xatırladır ki, müdafiə tərəfi isə məhkəmənin qərarını əsassız hesab edib. Vəkilin sözlərinə görə, İbrahimovun barəsində istintaq hərəkətləri aparılmayıb. Məhkəmə iclasında isə Emin İbrahimov özünü təqsirli bilməyib. Müdafiə tərəfi İbrahimovun həbs müddətinin uzadılması barədə qərardan apellyasiya şikayəti verəcək.

Qeyd edək ki, Emin İbrahimov iyulun 22-də saxlanılıb. O, Azərbaycan Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyətilə sağlamlığa qəsdən ağır ziyan vurmaq) və 221-ci (xuliqanlıq) maddələrilə ittiham olunur. Bu maddələr üzrə onu 11 ilə qədər həbs təhlükəsi gözləyir. Bu ilin iyulun 24-də məhkəmə onu 4 ay müddətinə həbs edib. 

 Emin İbrahimov əvvəllər Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışıb. 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dakı səfirliyində ikinci katib, 2016-2020-ci illərdə Uruqvayda Azərbaycanın müvəqqəti işlər vəkili olub. 

 

Chosen
54
50
tezadlar.az

10Sources