EN

Qlobal aqro-sistemlərə 2030-cu ilə qədər hər il 1,1 trilyon dollar lazım olacaq - FAO

Bakı. Trend:

2024-cü ildən 2030-cu ilə qədər qlobal aqro-ərzaq sistemləri həril orta hesabla 1,1 trilyon ABŞ dolları tələb edəcək.

Trend xəbər verir ki, bunuFAO-nun təbii resurslar üzrə baş əməkdaşı Martial Bernu COP29çərçivəsində keçirilən "Aqrar-ərzaq sisteminin transformasiyasınınmaliyyələşdirilməsi" mövzusunda panel müzakirəsində bildirib.

"İqlim üzrə investisiyaların əhəmiyyətli hissəsi siyasət, millibüdcələrin dəstəklənməsi, potensialın inkişafı və kənd təsərrüfatıalt-sektorlarına yönəldilməlidir. Siyasətlərin, milli büdcələrin vəpotensialın inkişafına 467,5 milyard dollar, kənd təsərrüfatına 317milyard dollar, biomüxtəliflik, quruda və dənizdə ekosistemlərə 100milyard dollar, meşə təsərrüfatına 117 milyard dollar, ərzaqsektoruna isə 53 milyard dollar tələb olunacaq", - deyə M.Bernuqeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
21
az.trend.az

1Sources