"Turan Tovuz" "SKA-Xabarovsk"un hücumçusu ilə maraqlanır.
Bizim.Media xəbər verir ki, söhbət Kamran Əliyevdən gedir.
Tovuz təmsilçisi əslən Azərbaycandan olan forvardı transfer siyahısına daxil edib.
Ötən mövsümü "Sumqayıt"da keçirmiş, amma Azərbaycan pasportu ala bilməyən forvard hələ o vaxtdan "Turan Tovuz"un maraq dairəsində yer alıb.
26 yaşlı futbolçunun “SKA-Xabarovks”la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. O, "SKA-Xabarovsk"un heyətində 19 matçda 4 qol vurub.
Bizim.Media