EN

Peskov: “Ukraynadakı hərbi əməliyyat Rusiya ilə NATO arasında müharibə kimi davam edir”

“Ukraynada xüsusi hərbi əməliyyat uzun zaman aldı, çünki bu, Kiyev rejiminə qarşı başlayıb və NATO-nun iştirakı ilə münaqişə kimi davam edir”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Hindistanın “ANI” agentliyinə deyib.

O bildirib ki, NATO iştirakını davam etdirdiyi üçün hərbi əməliyyat daha uzun çəkib:

"Ukraynada hərbi əməliyyat Kiyev rejiminə qarşı başlamışdı. İndi isə bu, Rusiya ilə NATO arasında müharibə kimi davam edir. Ona görə də bu, bir az daha uzun çəkdi və bir az da davam edəcək".

“Düşünürəm ki, hərbi əməliyyatın nə vaxt bitəcəyi sualına cavab vermək mümkün deyil. Hərbi əməliyyat yalnız biz məqsədimizə çatanda bitəcək”, - deyə Peskov əlavə edib.

Bizim.Media

Chosen
60
14
bizim.media

10Sources