EN

Xəzəryanı ölkələrin QHT-ləri “Xəzər Evi Platforması” yaradır

Xəzəryanı ölkələrin QHT-ləri Xəzərin ekologiyasının qorunması üçün birgə səylər göstərilməsi üçün “Xəzər Evi Platforması” yaradılır.

Bu barədə Bakıda COP29 çərçivəsində keçirilən "Xəzər dənizi və davamlı inkişaf: ətraf mühitin mühafizəsi" adlı beynəlxalq konfransda qərar qəbul olunub.

Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədri Gülbarə Sultanova Xəzərin problemlərinin həlli istiqamətində QHT-lərin təşəbbüskarlığını yüksək qiymətləndirib.

İsveçrənin Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun təsisçisi Nidal Salim Xəzər dənizinin mühüm geostrateji əhəmiyyət daşıdığını, onun üzləşdiyi çağırışların qlobal məzmuna malik olduğunu qeyd edib.

Mərkəzi Asiya Regional Ətraf Mühit Mərkəzinin rəhbəri Vladimir Qrebnev bildirib ki, Xəzər dənizi ölkələri ayırmır, əksinə birləşdirir, onun üzləşdiyi problemlərin həlli də həmrəylik, birgə fəaliyyət, səfərbərlik tələb edir.

OP29 Təşkilat Komitəsinin üzvü, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu, COP29 Təşkilat Komitəsinin üzvü Nigar Arpadarai, Milli Məclisin deputatı Azər Allahverənov Azərbaycan dövlətinin Xəzərin ekoloji problemlərini ən vacib məsələlərdən biri kimi qəbul etdiyini, bu istiqamətdə fəal iş apardığını vurğulayıblar.

Chosen
34
9
aznews.az

10Sources