EN

Məşhur terrorçu Rusiya işğalını dəstəklədi - Məhkəməyə başında “Z” işarəsi ilə gəldi

2011-ci ildə Norveçdə bir dəfəyə 77 günahsız insanı güllələyən terrorçu, neonasist Andreas Breyvik növbəti məhkəməyə başında “Z” işarəsi ilə gəlib və bununla Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinə dəstəyini ifadə edib. 

“AzPolitika” xəbər verir ki, Norveç mətbuatının yazdığına görə, Breyvik məhkəməyə başının hər iki tərəfində qırxılmış Z işarələri və Rusiya, Çin, İran və KXDR-ə dəstək çağırışı yer alan plakatla gəlib.

Jurnalistlər Breyvikdən törətdiyi cinayətlərdən peşman olub-olmadığını soruşduqda, terrorçu sualdan yayınıb. Ondan azad olunsa nə edəcəyini də soruşublar. O cavabında deyib: “Mən xaricə köçəcəyəm. Bundan əlavə, mən kəşfiyyat xidmətlərinə ifrat sağçı ekstremizmlə mübarizədə kömək edə bilərəm”.

Xatırladaq ki, Breyvik 21 il azadlıqdan məhrum edilib. Bu, Norveçdə maksimum cəzadır. Amma məhbus cəmiyyət üçün təhlükə yaratmaqda davam edərsə, həbs qeyri-müəyyən müddətə uzadıla bilər. Bu tədbir xüsusilə təhlükəli cinayətkarlara şamil edilir.

“AzPolitika.info”

Chosen
11
azpolitika.info

1Sources