EN

FED açıqladı: Kredit müraciətinin rədd edilməsi nisbəti artıb

ABŞ Federal Ehtiyat Sisteminin (FED) Nyu-York bölməsi bu il kredit müraciətlərinin rədd edilməsi nisbətinin 21 faizə yüksəldiyini bildirib.

Publika.az xəbər verir ki, istehlakçı gözləmələri anketi çərçivəsində hər 4 aydan bir həyata keçirilən sorğunun nəticələri paylaşılıb.

Kredit tələbinin əsasən sabit seqmentdə getdiyini göstərən məlumatlara görə, bu il müxtəlif kredit növləri üzrə kredit müraciətlərinin rədd edilmə nisbətində artım müşahidə olunub.

2024-cü ildə kredit kartı, ipoteka, avtomobil krediti, kredit kartı limitinin uzadılması və ipotekanın yenidən maliyyələşdirilməsi müraciətləri üçün bildirilən imtina dərəcələri artıb.

Məlumata görə, imtina nisbəti 2023-cü ildəki 20,1 faizdən 2024-cü ildə 21 faizə yüksəlib və 2019-cu ildəki 17,6 faiz səviyyəsindən yuxarı qalıb.

Chosen
24
1
publika.az

2Sources