EN

Şəmkirdə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32 illiyinə həsr olunmuş tədbir keçirilib

Noyabrın 18-də YAP Şəmkir rayon təşkilatının qərərgahında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32 illiyinə həsr olunmuş tədbir keçirilib. 

Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, onun əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər. 

Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Rəşad Tağıiyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı, İcra Hakimiyyəti ərazi idarəetmə şöbəsinin müdiri Rasim Mustafayev, rayon təşkilatının əməkdaşları, Ərazi Partiya təşkilat sədrləri və partiya fəalları iştirak etdilər.

Tədbirdə Dövlət Himni səsləndirildi, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra tədbiri giriş sözü ilə açan  YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərindən danışdı. F.Vəliyev vurğulayıb ki, YAP tarixdə çox nadir siyasi təşkilatlardan biri hesab oluna bilər ki, yarandıqdan 6 ay sonra iqtidar partiyasına çevrilib. Bu hadisənin özü xalqın ümummilli lider Heydər Əliyevə inam və etimadını ifadə edən mühüm faktdır. 32 illik zəngin və şərəfli inkişaf yolu keçən YAP ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə edib. 

Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Rəşad Tağıyev çıxışında 32 il öncə Azərbaycanda mövcud ağır durumun yeni bir siyasi təşkilatın yaranması zərurətini ortaya qoyduğunu qeyd etdi. Bildirdi ki, bu məqsədlə Azərbaycanın bir qrup qabaqcıl ziyalısının xalqın iradəsini ifadə edən müraciətinə cavab olaraq Heydər Əliyev YAP-ın yaradılmasına razılıq verdi. YAP müstəqillliyə qovuşan ölkəmizin həyatında ən təlatümlü, həyacanlı zamanda yaradıldı. Təsis edilməsinin 30-cu ildönümünü isə partiyamız ölkə tarixinin ən şanlı günlərində qeyd edir. 

Şəmkir rayonu Mərkəzi Xəstəxanası ərazi partiya təşkilatının sədri Roza Orucova, Düyərli kənd ərazi partiya təşkilatının sədri Aybəniz Nəsibova, Yeni-Həyat kənd ərazi partiya təşkilatının sədri Qətibə Məmmədova, partiya fəalı Xəqani Babayev və digər  fəallar çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan Yeni Azərbaycan Partiyasının 32 illik inkişaf tarixi göstərdi ki, partiyanı yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Bu gün də Yeni Azərbaycan Partiyası Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiya ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malik olduğunu qeyd etdilər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib.

Sonda tədbir partiyanın himni səsləndirilməklə başa çatdı.

Chosen
13
1
yeniazerbaycan.com

2Sources