EN

Rusiyada nüvə savaşına hazırlıqlar başladı – Sığınacaqlar yaradılır

Rusiyada ilk dəfə olaraq nüvə partlayışı da daxil olmaqla, mümkün fövqəladə hallarda mühafizəni təmin edən mobil sığınacaqların kütləvi hazırlanmasına başlanılıb.

Turkustan.az xəbər verir ki, sığınacaqlar Mülki Müdafiə və Fövqəladə Hallar üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanır.

“Kommersant” yazır ki, kütləvi istehsal dövlət səviyyəsində dəstəklənir. İnstitut qeyd edib ki, səyyar sığınacaqlar müxtəlif təhlükələr, o cümlədən təbii fəlakətlər və texnogen hadisələrdən qoruyur.

“Modul tipli sığınacaqların kütləvi istehsalına başlanması vətəndaşların təhlükəsizliyinin artırılması istiqamətində mühüm addımdır. Gələcəkdə bu cür inkişaflar əhalinin mühafizəsi üçün yeni effektli sistemlərin hazırlanmasına gətirib çıxaracaq”, - institut belə qeyd edir./teleqraf.com

Chosen
6
1
turkustan.az

2Sources