EN

Dənizin dibindən keçən kabellər kəsildi - Yeni hibrid müharibə ANONSU

Baltik dənizində iki internet kabelinin kəsilməsi nəticəsində böyük məlumat mübadilələri prosesi qısa zaman müddətinə dayanıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Finlandiya və Almaniyanı, eləcə də Litva və İsveçi birləşdirən rabitə kabelləri kəsilib. Bunun səbəbi hazırda məlum deyil.

Baltik dənizində iki sualtı internet kabelinin qəfil kəsilməsi hibrid müharibə ehtimalı ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Litva və İsveç arasında rabitəni təmin edən kabel və Finlandiya ilə Almaniya arasında rabitə yaradan C-Lion kabelində ötən həftə sonu əlaqə itib. Telekommunikasiya şirkətləri problemin fiziki zədə nəticəsində baş verdiyini təsdiqləyib.

Litva ilə İsveç arasında rabitə kabelinin bazar günü səhər saat 10:00 radələrində kəsildiyi açıqlanıb. Litvadan bildirilib ki, kəsinti avadanlıqların nasazlığı ilə bağlı deyil, fiber optik kabelin fiziki zədələnməsi nəticəsində baş verib . Kəsintidən sonra Litvanın internet istifadə dairəsinin təxminən üçdə biri müvəqqəti olaraq itib. Lakin vəziyyət qısa zamanda nəzarətə götürülüb.

Finlandiyanın Cinia dövlət şirkəti Finlandiya ilə Almaniya arasındakı 1200 kilometrlik C-Lion kabelində də oxşar halın yaşadığını açıqlayıb. Bu kabel Mərkəzi Avropa ilə Finlandiya arasında birbaşa əlaqəni təmin edən yeganə xətt kimi böyük əhəmiyyət kəsb edir. Bildirilib ki, kəsilmə arealı Litva-İsveç kabelinin zədələndiyi yerdən cəmi 100 km aralıdadır.

Cinianın baş direktoru Ari-Jussi Knaapila, bu kəsilmənin xarici müdaxilə səbəbindən baş verə biləcəyini vurğulayıb və hərtərəfli araşdırmanın davam etdiyini deyib Finlandiya və Almaniyanın xarici işlər nazirləri insidentdən sonra verdikləri birgə bəyanatda fasilələrin qəsdən ola biləcəyi ehtimalına diqqət çəkib və hibrid müharibə ehtimalını gündəmə gətiriblər Faktla bağlı hərtərəfli araşdırma aparılır. Direktor bunu da əlavə edib ki “Avropa təhlükəsizliyimiz təkcə Rusiyanın Ukraynaya təcavüzü ilə deyil, həm də bədxahların hibrid müharibə üsulları ilə təhdid edilir”

ABŞ Rusiya təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Son həftələrdə ABŞ Rusiyanın kritik sualtı infrastrukturlardakı hərbi fəaliyyətinin artdığını bildirərək təxribat riski barədə xəbərdarlıq etmişdi . Bundan əlavə, 2023-cü ilin aprelində İsveç, Danimarka, Norveç və Finlandiyanın media orqanları tərəfindən aparılan araşdırma zamanı, Rusiyanın Skandinaviya sularında sualtı kabelləri və külək stansiyalarını hədəfə ala biləcəyi deyilmişdi.

Bütün baş verənlərin fonunda dünyada yeni hibrid müharibələrin başlanma ehtimalına diqqət çəkilib.

Elgün, Bakupost

Chosen
5
1
bakupost.az

2Sources