EN

Polşa prezidenti Almaniya kanslerini ittiham edir

Polşa

Polşa prezidenti Anjey Duda Almaniya kansleri Olaf Şoltsun Rusiya lideri Vladimir Putinlə telefon danışığı ilə ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynadakı müharibəni bitirmək səylərinə zərbə vurmağa çalışdığını bildirib.

Reyting.az
xəbər verir ki, Polşa prezidentinin qənaətincə, bu, D. Tramp vəzifəyə başlamazdan əvvəl Ukraynada atəşkəsə nail olmaq cəhdidir.

Polşa lideri Almaniya kanslerini ABŞ prezidenti Co Baydeni bu ilin oktyabr ayında Berlində Fransa və Böyük Britaniya liderləri ilə Ukraynanın gələcəyini müzakirə etməyə dəvətini də tənqid edib. Eyni zamanda, Duda Ukrayna dövlətinin başçısı Vladimir Zelenskiyə danışıqlar masası arxasında yer verilməməsindən “şok” olub.

Xatırladaq ki, noyabrın 15-də Almaniya kansleri Olaf Şoltsla Rusiya prezidenti Vladimir Putin arasında iki ildən sonra ilk telefon danışığı olub. Almaniya hökuməti bildirib ki, kansler Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyib və Putini buna son qoymağa çağırıb. Ukrayna prezidenti Vladimir Zelenski isə deyib ki, Şoltsun Putinə zəngi “Pandoranın qutusu”dur.

ELÇİN
Chosen
20
reyting.az

1Sources