Slovakiyanın "Smer-SD"dən olan Avropa Parlamentinin üzvləri Ukrayna lideri Vladimir Zelenskinin çıxışını boykot ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə avropalı deputat Lubos Blaqa məlumat verib.
“Zelenski dünyanı üçüncü dünya müharibəsinə aparır. Biz buna töhfə verməyəcəyik! Yaşasın sülh!" - o, qeyd edib.
Deputat vurğulayıb ki, ukraynalı siyasətçinin Rusiyaya qarşı yürütdüyü “nifrət siyasəti” bütün dünyanı nüvə münaqişəsinə doğru sürükləyir.
Müəllif: Arzu