EN

COP29-da “SOCAR Green” və “PowerChina” şirkətləri arasında Anlaşma Memorandumu imzalandı - FOTO

COP29 çərçivəsində noyabrın 19-da “SOCAR Green” və “PowerChina” şirkətləri arasında Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafında birgə imkanların araşdırılması məqsədilə Anlaşma Memorandumu imzalanıb.

SOCAR-dan Bizim.Media-ya bildirilib ki, tərəflər arasında strateji tərəfdaşlıq Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı hədəflərinə töhfə vermək məqsədi daşıyır.

Memorandum günəş və külək elektrik stansiyalarının inşası, inteqrasiya olunmuş ağıllı enerji sistemləri, yaşıl hidrogen istehsalı ilə bağlı layihələrin qiymətləndirilməsi və sərmayə qoyuluşunda birgə səyləri nəzərdə tutur.














Bizim.Media

Chosen
4
10
bizim.media

10Sources