EN

Fernando Torres "Deportivo"nu çalışdırmaqdan imtina etdi

İspaniya yığmasının sabiq hücumçusu Fernando Torres "Deportivo" klubunu çalışdırmaqdan imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

Hazırda "Atletiko"nun ikinci komandasına rəhbərlik edən 40 yaşlı dünya və Avropa çempionunun əsas kollektivə rəhbərlik etməklə bağlı təklif gözlədiyi bildirilib. Buna səbəb "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin postunu tərk edəcəyi ilə bağlı yayılan xəbərlərdir.

Qeyd edək ki, "Deportivo" hazırda İspaniya Sequndasında 16-cı yerdə qərarlaşıb.


Müəllif: Teleqraf.com
Chosen
3
3
teleqraf.com

4Sources