"Torino"nun yarımmüdafiəçisi Samuele Ricci İtaliyada klubunu dəyişə bilər.
90deqiqe.Az-ın "Sky Sport Italia"ya istinadən məlumatına görə, 23 yaşlı futbolçu ilə "Milan" maraqlanır. "Rossonerilər" rəqiblərini qabaqlamaq üçün yaxın vaxtlarda italiyalı oyunçunun transferi ilə bağlı danışıqlara başlayacaqlar.
“Torino” isə qışda əsas oyunçularından birini satmağı nəzərdən keçirmir.
Ricci bu mövsüm "Torino"nun heyətində 14 oyun keçirib və bir məhsuldar ötürmə edib.
Qeyd edək ki, Ricci son vaxtlar İtaliya millisinin start heyətində müntəzəm olaraq meydana çıxıb.