EN

"Neftçi" və "Turan Tovuz" klubları cərimələnib

AFFA İntizam Komitəsi "Neftçi" və "Turan Tovuz" klublarını cərimələyib.

"Ağ-qaralar" "Şamaxı" ilə heç-heçə (2:2) etdikləri Premyer Liqanın XIII turunun matçından sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat ödəyəcək.

Tovuz təmsilçisi isə "Səbail"lə bərabərə qaldığı (1:1) oyunda azarkeşlərin meydana kənar əşya atması ucbatından eyni məbləğdə ziyana düşüb.

Chosen
8
9
cbcsport.az

10Sources