Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin son turu çərçivəsində İsveç yığması ilə qarşılaşacaq.
Arena.az xəbər verir ki, C Liqasında mübarizə aparan yığmamızın qrupdakı altıncı oyunu Solna şəhərindəki “Strauberri Arena”da təşkil olunacaq.
Qarşılaşmanı polşalı FIFA referisi Pavel Raçkovski idarə edəcək. Artıq baş məşqçilər bu oyun üçün start heyətini də açıqlayıblar:
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
19 noyabr
İsveç – Azərbaycan
Hakimlər: Pavel Raçkovski, Radoslav Seyka, Adam Kupsik, Voyçex Muç (hamısı Polşa).
Solna. “Strauberri Arena”. Saat 23:45.
İsveç: 12. Viktor Yohansson, 5. Qabriel Qudmundsson, 9. Aleksander İsak, 13. Ken Sema, 14. Anton Saletros, 15. Karl Starfelt, 16. Yesper Karlström, 17. Viktor Dyökereş, 18. Yasin Ayari, 21. Deyan Kuluşevski (k), 22. Sebastyan Nanasi.
Ehtiyat oyunçular: 1. Yakob Zetterström, 23. Kristofer Nordfelt, 2. Emil Holm, 4. Henrik Kasteqren, 6. Samuel Dahl, 7. Lukas Berqvall, 8. Daniel Svensson, 10. Emil Forsberq, 11. Niklas Eliasson, 19. İsak Lidberq, 20. Nils Zatterström.
Baş məşqçi: Yon Dal Tomasson.
Azərbaycan: 23. Rza Cəfərov, 2. Amin Seydiyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 6. Ozan Can Kökçü, 7. Coşqun Diniyev, 9. Nəriman Axundzadə, 10. Mahir Emreli, 15. Bədavi Hüseynov (k), 17. Toral Bayramov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 1. Nicat Mehbalıyev, 12. Aydın Bayramov, 8. İsmayıl İbrahimli, 11. Ramil Şeydayev, 14. Zamiq Əliyev, 16. Səbuhi Abdullazadə, 18. Ceyhun Nuriyev, 19. Xəyal Nəcəfov, 21. Abbas Hüseynov, 22. Musa Qurbanlı.
Baş məşqçi: Fernando Santos.