EN

Tramp ticarət naziri vəzifəsinə Hovard Latnikin namizədliyini irəli sürəcək

Donald Tramp ABŞ-ın ticarət naziri vəzifəsinə bankir Hovard Latnikin namizədliyini irəli sürəcəyini bildirib.

APA xəbər verir ki, ABŞ-da prezident seçkilərində qalib gələn Donald Tramp ABŞ-ın ticarət naziri postuna investor və bankir Hovard Latnikin namizədliyini irəli sürəcək.

Latnik Trampın keçid komandasının həmsədri və çoxdankı dostudur. KİV-in məlumatına görə, Tramp əvvəllər bankir və hedc-fond meneceri Skott Bessentin bu posta namizədliyi haqda düşünürdü.

Chosen
23
2
apa.az

3Sources