EN

ABŞ Cənubi Koreyaya 6,2 milyard dollardan çox vəsait ayırıb

ABŞ Dövlət Departamenti F-15 qırıcılarının modernləşdirilməsi üçün Koreya Respublikasına dəyəri 6,2 milyard dollardan çox olan avadanlığın mümkün satışını təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Məlumata görə, Seul F-15K döyüş təyyarələri parkını modernləşdirmək üçün avadanlıq və xidmətlərin alınmasını xahiş edib.

Paketə 96 kompüter, 70 radar, 70 elektron döyüş dəsti və 70 raket xəbərdarlığı sistemi daxildir. Mümkün əməliyyatın ümumi məbləği 6,2 milyard dollar təşkil edəcək.

Chosen
23
operativmm.az

1Sources