Aparıcı İlqar Mikayıloğlu Əməkdar artist Elza Seyidcahanın çəkiliş zamanı onu ağacla vurmasından danışıb.
Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, aparıcı deyib: "Biri var insanı döyəsən, biri də var belində ağac sındırasan. Elza xanım bunu mənə edib".
Onun sözlərinə görə, Elza Seyidcahan onu bir dəfə döyəndən sonra şeirlərini sevməyə başlayıb: "Hadisə qışda Şamaxı meşəsində olub. Arxadan vurulan zərbə. Bircə o yadımdadır ki, ağac parçası düşdü yerə. Baxdım ki, digər yarısı Elzanın əlindədir".
Buna cavab olaraq, Elza Seyidcahan əsəbiləşib aparıcını vurduğunu bildirib.