EN

Netanyahu azad edilən hər girov üçün 5 milyon dollar verəcəyini vəd edib

İsrail HƏMAS hərəkatının əlindən azad edilən hər girov üçün fələstinlilərə 5 milyon dollar ödəməyə hazırdır.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfəri zamanı deyib.

“Bu vəziyyətdən çıxmaq istəyənlərə (fələstinlilərə) deyirəm: kim bizə girov gətirsə, həm onun, həm də ailəsinin təhlükəsiz çıxışını təmin edəcəyik. Biz həmçinin qaçırılan hər bir şəxs üçün 5 milyon dollar mükafat təklif edəcəyik. Seçim sənindir, seç. İstənilən halda, nəticə eyni olacaq: biz bütün girovları geri qaytaracağıq”, – deyə netanyahu bildirib.

Chosen
13
18
nocomment.az

10Sources