EN

Tramp türk həkimə yüksək vəzifə verdi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, türk əsilli amerikalı həkim və televiziya aparıcısı Mehmet Özü "Medicare" və "Medicaid" Xidmət Mərkəzinin (CMS) rəhbəri vəzifəsinə təyin etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə siyasətçi rəsmi bəyanat yayıb.

Mehmet Öz, tibb sahəsində geniş təcrübəyə malik olmaqla yanaşı, televiziya proqramları vasitəsilə sağlamlıq mövzularında maarifləndirmə işləri aparıb. Onun CMS-in rəhbərliyinə gətirilməsi, ABŞ-ın səhiyyə sistemində islahatların həyata keçirilməsi və "Medicare" və "Medicaid" proqramlarının daha effektiv idarə olunması məqsədi daşıyır.

"Medicare" və "Medicaid" proqramları, ABŞ-da milyonlarla vətəndaşa tibbi xidmətlərin göstərilməsində mühüm rol oynayır. Mehmet Özü bu vəzifəyə təyin etməklə, Tramp administrasiyası bu proqramların inkişafı və vətəndaşların sağlamlıq xidmətlərinə çıxışının artırılmasını hədəfləyir. 

 

Musavat.com

Chosen
24
50
musavat.com

10Sources