EN

Əmək pensiyaları bu tarixdən və bu qədər artacaq

Əmək pensiyalarının orta aylıq məbləğinin təxminən 8 faiz artırılması indeksasiyanın əsasında mümkün olacaq. Çünki gələn il yanvarın 1-dən etibarən bütün növ əmək pensiyalarının indeksləşdirilməsi həyata keçiriləcək.

Bu sözlləri Axar.az-a deputat, iqtisadçı-alim Vüqar Bayramov maaş və pensiyaların artımından danışarkən deyib.

“Həm ailə başçısını itirməyə, həm yaşa, həm də əlilliyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğləri gələn ilin yanvarından etibarən indeksləşdiriləcək. Nəzərə alaq ki, həm əmək pensiyaları əvvəlki ilin orta aylıq maaşlarının artım tempinə uyğun indeksləşdirilib, həm də pensiya kapitalı əvvəlki ildə inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdirilərək artırılıb. Bu konteksdən bütün növ minimum əmək pensiyalarında, o cümlədən minimum əmək haqqında gələn ildən artımların olacağı gözlənilir. Eyni zamanda sosial paketin digər sosial ödənişləri əhatə edəcəyi gözlənilir. Artıq sosial paketlə bağlı müzakirələr büdcə zərfi çərçivəsində aparılır. Gözlənilir ki, bu müzakirələr nəticəsində xüsusilə digər ödənişlərlə bağlı konkret rəqəmlərin təqdim olunması mümkün olacaq”, - o əlavə edib.

Chosen
22
9
axar.az

10Sources