EN

Yankoviç qol ötürməsi verdi

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç və “Neftçi”dəki həmkarı Edvin Kuç Monteneqro millisində növbəti oyuna çıxıb. Onların komandası Millətlər Liqasının sonuncu turunda Türkiyə millisini qəbul edib.

Yankoviç kapitan kimi əsas heyətdə yer alıb və sonadək meydanda olub. O, 22-ci dəqiqədə sarı vərəqə alıb. Monteneqronun 3:1 hesablı qələbəsi ilə yekunlaşan görüşdə Marko 2-ci qolun ötürməsini verib. Kuça gəlincə, 31 yaşlı futbolçu ehtiyat oyunçular sırasında yer alıb. O, 69-cu dəqiqədə Milan Vukotiçin əvəzinə meydana daxil olub.

Azərbaycan millisinin keçmiş baş məşqçisi Robert Prosineçkinin rəhbərlik etdiyi Monteneqro millisi üçün bu, qrupda ilk qələbə və ilk xallar olub. Onlar qrupu sonuncu yerdə tamamlamaqla C liqasına düşüblər. Türkiyə isə yarışı 11 xalla 2-ci yerdə başa vurub. Bu qrupdan A liqasında 12 xal yığan Uels yüksəlib.

Chosen
2
1
futbolinfo.az

3Sources