EN

Şəhərlər də iqlim dəyişikliyinin təsirlərinin qurbanıdır - İnger Anderson

Bakı. Trend:

Şəhərlər də iqlim dəyişikliyinin təsirlərinin qurbanıdır.

Trendxəbər verir ki, bu barədə BMT ətraf mühit proqramının (UNEP) icraçıdirektoru İnger Anderson “COP29-da çoxsəviyyəli və çoxsektorluiqlim fəaliyyətinə dair yüksək səviyyəli açılış mərasimi” zamanıçıxışında deyib.

O qeyd edib ki, şəhərlərin görəcəyi uyğunlaşma tədbirlərirayonlaşdırma, planlaşdırma, tikinti standartları və s. müzakirəedilməlidir.

“Təbiətə əsaslanan həlləri nəzərdən keçirin ki, şəhərlərinizdəətraf mühitin qorunması sadəcə ağac əkmək və parklar salmaqdanibarət olmasın. Şəhərlərdə işləyərkən, siz həm də ekolojiproblemlərin bölünməzliyinə nəzər salmalısınız.

İqlim və uyğunlaşma biomüxtəlifliyin müsbət həlli töhfə veriləbilər. Resurslar və tullantıların idarə edilməsi üzərindəişləyərək, plastik və metanın azaldılmasına təsir edə bilərsiniz.Ətraf mühit sektorunda hər şey bir-birilə bağlıdır”,- deyə obildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
13
1
az.trend.az

2Sources