EN

CICA-ya sədrlik bu ilin dekabrında Azərbaycana keçəcək

Bakı. Trend:

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrəMüşavirəyə (CICA) sədrlik bu ilin dekabrında Azərbaycanakeçəcək.

Trend xəbərverir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin NəqliyyatSiyasəti Departamentinin direktoru Nurlan Kenesov “Dayanıqlıəlaqəyə aparan yollar: Asiyada Qarşılıqlı Fəaliyyət və EtimadTədbirləri üzrə Müşavirənin və onun üzvü olan ölkələrin, eləcə dətəhlükəsiz, səmərəli və iqlimə davamlı nəqliyyat dəhlizlərini təminedilməsi üzrə Asiya regional təşkilatlarının səyləri” mövzusundapanel müzakirəsi zamanı bildirib.

O, Qazaxıstanın Dayanıqlı Əlaqəlilik Şurasının yekunyaradılmasını səbirsizliklə gözlədiyini vurğulayıb.

"Keçən il Şuranın yaradılması konsepsiyası hazırlanmış və CİCAKatibliyi ilə birlikdə konsepsiyanı müzakirə etmək üçün milliekspertlərlə üç işçi görüşü keçirmişik. Ümumilikdə, bu təşəbbüsiştirakçılar tərəfindən geniş dəstək qazanıb. Təşkilatda sədrliyinbu ilin dekabr ayında Azərbaycana keçəcəyini nəzərə alaraq,hörmətli azərbaycanlı həmkarlarımıza CİCA Katibliyi ilə birgəkonsepsiyanın yekunlaşdırılması üzərində işi davam etdirməyi vəŞuranın yaradılmasına başlamağı xahiş edirik", - o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
22
1
az.trend.az

2Sources