EN

UNEP: Karbon emissiyaları 2030-cu ilə kimi 41% azaldılmalıdır

“2023-cü ildə emissiyalarımız 1.3% artıb, halbuki aşağı düşməli idi. Bu o deməkdir ki, 2030-cu ilə kimi karbon emissiyalarını 41% azaltmalıyıq, əks halda 1.5 dərəcəni keçəcəyik”.

APA xəbər verir ki, bunu COP29-da çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılışda çıxış edən Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Anderson deyib.

“Şəhərlər iqlim kontekstində əhəmiyyətli bir yük daşıyır. Əslində, yalnız 25 megaşəhər dünya üzrə istixana qazı emissiyalarının 52%-nə görə məsuliyyət daşıyır. Bu o deməkdir ki, evdə gördüyünüz tədbirlər, səmərəlilik standartları, enerji mənbələri, tullantı və metan emissiyaları ilə necə məşğul olmağınız, ictimai nəqliyyatla necə məşğul olmağınız, elektrik mobilliyi təşviq etməyiniz iqlim dəyişikliyi kontekstində şəhərlərin çəkisinə böyük təsir göstərə bilər” - UNEP-in icraçı direktoru qeyd edib.

Chosen
30
2
apa.az

3Sources