EN

Qənirə Ataşovanın sosial şəbəkə hesabı bloklanıb

Uzun illərdir Amerikada yaşayan jurnalist Qənirə Ataşovanın instaqram hesabı bloklanıb. Missiya.Az xəbər verir ki, o bu barədə feysbukda paylaşım edib: “Azərbaycan səhiyyəsindəki problemlərlə bağlı paylaşım etdiyim üçün instaqram hesabıma hücum olub. Paylaşımlarımı müvəqqəti olaraq feysbuk üzərindən edəcəyəm”.

Bir müddət əvvəl Q.Ataşova instaqram səhifəsində 50-yə yaxın estetik cərrahın adını paylaşaraq onların saxta yollarla fəaliyyət göstərdiyini bildirib. Bu məsələ geniş müzakirlərə səbəb olub. Ötən gün isə jurnalistin instaqram səhifəsi bağlanıb.

Zərintac Mayisqızı Missiya.Az

Chosen
8
missiya.az

1Sources